11 sentyabr 2020-ci il tarixində Zoom platforması vasitəsilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) tərəfindən ABA-nın “Kredit işi” Ekspert Qrupunun üzvləri və bankların digər əlaqədar rəhbər şəxsləri üçün “Intensıfıed Loan Management” adı altında vebinar keçirilmişdir.
Vebinarın spikeri Baş bankçılıq və ESM mütəxəssisi Oleg Flaum olmuşdur. Vebinar çərçivəsində Banklar və ümumilikdə iqtisadiyyat üçün “COVID-19”un gətirdiyi nəticələr, Avropa Mərkəzi Bankı və Almaniya hökuməti tərəfindən atılan addımlar, banklar və onların kredit portfelində artan rikslər: portfel risk analizi, COVID-19 ilə mübarizədə strateji yanaşma: vaxtı keçmiş kreditlərin idarəedilməsi, portfelin restrukturizasiyası və ehtiyatların yaradılması, pandemiya və post-pandemiya dövründə borclanma: pandemiya zamanı borclanmanın xüsusi aspektləri və bir sıra mövzulara toxunulmuşdur.
Qarşılıqlı müzakirələr əsasında keçirilən vebinarda iştirakçıların sualları cavablandırılmışdır.