“İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun təşkilatçılığı ilə “Funksional və Performans Test Üsulları” adlı vebinar keçirilmişdir

10 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ABA-nın nəzdində fəaliyyət göstərən “IT və IT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvləri, Azərbaycan Respublikasının Mərkəzi Bankının və qrup üzvü olmayan bankların müvafiq nümayəndələri üçün “Zoom” onlayn platforması üzərindən vebinar keçirilmişdir.

Banklarda rəqəmsal proqramların “Funksional və Performans Test Üsulları” adlı vebinarda “YapıKredi Teknolojinin” Test Memarlığı və Avtomatikası Departamentinin müdiri Eren Karakaya təqdimatla çıxış etmişdir.

Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT