“Kənd təsərrüfatında dəyər zənciri maliyyələşməsi üzrə” vebinar keçirilib

19 may 2020-ci il tarixində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən bankların müvafiq rəhbər şəxsləri və əməkdaşları üçün onlayn platforma üzərindən “Kənd təsərrüfatında dəyər zənciri maliyyələşməsi üzrə” vebinar keçirilmişdir.

Bankların müvafiq rəhbər şəxsləri və əməkdaşları üçün keçirilən vebinarda təqdimat IFC-nin Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliyi layihəsinin Maliyyə və Bankıçılıq üzrə eksperti Şamil Qədirov tərəfindən keçirilmişdir.

Qeyd edək ki, vebinar çərçivəsində kənd təsərrüfatında dəyər zənciri nədir və onlar necə işləyirlər, kənd təsərrüfatının maliyyələşməsində dəyər zənciri yanaşması, ənənəvi və dəyər zənciri maliyyələşmələrinin fərqləri, dəyər zənciri maliyyələşməsinin banklar və fermer təsərrüfatları üçün faydaları və s. mövzulara toxunulub.

MÜDDƏT