ABA-nın nəzdində fəaliyyət göstərən Kredit işi və risk üzrə Ekspert Qrupunun üzvləri üçün 30 mart 2017-ci il tarixində Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) tərəfindən “Risklərin idarə olunması” mövzusunda seminar keçirilmişdir.
Seminarın spikeri SBFIC-nin Korporativ İdarəetmə Departamentinin direktoru xanım Renate Stopsack olmuşdur. Renate Stopsack korporativ inkişaf, o cümlədən korporativ və risk strategiyaları, bazar qiyməti və likvidlik risklərinə fokuslanan risklərin idarə edilməsi, aktiv və passivlərin idarə edilməsi üzrə ekspertdir.