“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın icrası çərçivəsində rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə aparılan tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “IDNT” Şirkəti ilə birgə bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması məqsədilə növbəti vebinar keçirilmişdir.
Vebinar 4 avqust 2020-ci il tarixində Zoom platforması vasitəsilə “Rəqəmsal iqtisadiyyat şəraitində bank biznesinin transformasiyası. Dəyər yaratmaq üçün yeni strategiyalar” mövzusunda baş tutmuşdur. Vebinarın təlimçisi şirkətin təsisçisi və icraçı direktoru, pərakəndə təcrübənin layihələşdirilməsi üzrə rəhbəri Mikola Çumak olmuşdur.
Vebinarda 80 nəfər bank və digər təşkilat nümayəndələri iştirak etmişdir. Qarşılıqlı müzakirələr əsasında keçirilən vebinarda iştirakçıların sualları cavablandırılmışdır. Vebinarın təqdimatı ilə linkə keçid edərək tanış ola bilərsiniz.