Azərbaycan Banklar Assosiasiyası tərəfindən media nümayəndələri üçün “Rəqəmsal PR” mövzusunda onlayn seminar keçiriləcəkdir.
Seminar qloballaşmanın əsas çağırışları olan rəqəmsallaşmada PR işinin təşkili və aparılması üzrə məlumatları özündə ehtiva edəcək.
“Rəqəmsal PR” seminarı 12 iyun 2020-ci il tarixində saat 15:00-da, “Zoom” onlayn platforması üzərindən Azərbaycan Respublikasının Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev tərəfindən keçiriləcəkdir.
Qoşulmaq üçün ad, soyad, təmsil etdiyiniz qurumun adı və vəzifəniz haqqında məlumatları office@aba.az mail ünvanına yazaraq qeydiyyatdan keçə bilərsiniz.