“The Concept Of Stress Testing And Reverse Stress Testing” adlı vebinar keçirilmişdir

10 dekabr 2020-ci il tarixində ABA və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə ABA-nın “Risklərin idarə edilməsi üzrə” Eskpert qrupu və bankların nümayəndələri üçün “The Concept Of Stress Testing And Reverse Stress Testing” adlı vebinar keçirilmişdir.

Məlum olduğu kimi, banklarda risklərin idarə edilməsi, xüsusilə, pandemiya dövründə daha da böyük əhəmiyyət qazanmışdır. Bu baxımdan beynəlxalq təcrübədə pandemiya dövrünün təsirlərini nəzərə alaraq risklərin idarə edilməsi istiqamətində görülən tədbirlərin öyrənilməsi olduqca vacibdir. Bu məqsədlə, təşkil olunmuş vebinarda Almaniya əmanət banklarında stres testləşdirmə təcrübəsi və koronavirusun risklərin idarəedilməsinə və stres testləşdirməyə olan təsirləri də müzakirə edilmişdir.

Bankların risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin və digər nümayəndələrinin iştirakı ilə baş tutan vebinarda həmçinin stres testlərin nəticələrinə əsaslanan potensial tədbirlər, kredit riski və reytinqləri barədə məlumatlar və əks stres test konsepsiyası mövzularına da toxunulmuşdur.

Vebinarın təqdimatı  Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) mütəxəssisi Jan Kleine tərəfindən keçirilmişdir.

MÜDDƏT