“Zolotaya Korona” pul köçürmə sisteminin ekspertlərinin iştirakı ilə seminar keçirilib

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində 18 oktyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının və Maliyyə  Bazarlarına  Nəzarət Palatasının təşkilatçılığı ilə “Zolotaya Korona” pul köçürmə sisteminin ekspertlərinin iştirakı ilə pul köçürmə sisteminin fəaliyyəti, pul köçürmə sistemləri üzərindən aparılan əməliyyatlarda risklərin qarşısının alınması təbdirləri, fırıldaqçılıq halları və onlara qarşı mübarizə mövzusunda seminar keçirilib.

Bank mütəxəssislərin bilik və bacarıqlarının qabaqcıl beynəlxalq təcrübə əsasında daha da yüksəldilməsi məqsədilə keçirilən tədbirdə bankların pul köçürmələri sahəsində çalışan əməkdaşları iştirak edib.

MÜDDƏT