15 may 2017-ci il tarixindən start götürmüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı” yekunlaşıb. Nəticələrə əsasən, şəxsi komanda çempionatında Kapital Bank qalib gəlib. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq Azərbaycan Beynəlxalq Bankı, […]
Azərbaycan Banklar Assosiasiyası (ABA) sosial yönümlü tədbirlərini davam etdirir. Bu istiqamətdə 28 oktyabr 2016-cı il tarixində ABA tərəfindən ilk Banklararası “Breyn Ring” Çempionatı keçirilib. 16 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi Çempionatın qalibi “Bank of Baku” olub. II yeri isə “Bank VTB” komandası tutub. “Dəmirbank” isə ilk üçlüyü tamamlayıb. Qaliblər ABA-nın prezidenti Zakir Nuriyev tərəfindən mükafatlandırılıb. […]
07 may 2016-cı il tarixdə Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi çempionat”ın finalı keçirilmişdir. Çempionat 29 apreldən başlamış və ümumilikdə 82 bank əməkdaşının iştirakı ilə keçirilmişdir. Gərgin yarışmanın sonunda Unibank ASC-nin əməkdaşı Mənsimli Rəsul 1-ci yeri qazanmışdır. İkinci […]