“FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti” başa çatıb

Əlavə edilib:

16-17 may 2019-cu il tarixlərində “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi”çərçivəsində  Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən “FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı Sammit öz işini yekunlaşdırıb.

Aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Amerika Birləşmiş Ştatları, Yaponiya, Çin, Hindistan, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.

Sammiti  giriş sözü ilə, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıq elan edib.

Daha sonra, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri v.i.e. İbrahim Alışov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Avropa Banklar Federasiyasının baş icraçı direktoru Vim Mijs və VİSA şirkətində vitse-prezident, MDB və Cənub-Şərqi Avropa regionunda həllər üzrə rəhbər Kristina Doros çıxış ediblər.

Sammit dörd Paneldən ibarət olmaqla, “Ənənəvi və yeni texnologiyalar: bankçılığın dəyişən siması – fintexlərin rolu”, “Ödəniş ekosistemi: yeni iştirakçılar, yeni həllər”, “Təhlükəsizlik və risklər” və “Vaxtı keçmiş borcların geri alınmasının müasir texnologiyaları” mözvularını əhatə edib. İştirakçılar və spikerlər arasında Avropa Banklar Federasiyası, Rusiya Mərkəzi Bankı, Beynəlxalq Maliyyə Telekommunikasiya Mərkəzi (SWIFT), ”Visa Inc.”, “Cross” LLC, ”Antaris”, ”Altair”, ”Maliyyə Texnologiyaları Mərkəzi (CFT Qrup)”, Azərbaycan Kredit Bürosu, ”Group-IB”, “Millikart Group”, “PortManat”, “Yandex Money”, “Paysera”, “Qulix Systems”, “Prosol”, “Associated-trader “, ”Compass Plus”, ”IBM Corporation”, “Smartstream”, “Beynəlxalq Maliyyə Korporasiyası”, “GBM”, Türkiyənin ”Banklararası Kart Mərkəzi”, “Colvir Software Solutions”, “Paynet”, “LOGIX”, ”QIWI”, ”PricewaterhouseCoopers LLP”, ”Ernst & Young”, ”KPMG”, “Qmeter”, “Microsoft”, ”FintechPark”, ”KOOPHub”, “IDNT”, ”Algorithm”, “ПРАЙМ1” , “Adecco”, “Al Fardan Group”, “Prozorro.Sale”, ”Paytweak”, ”MasterCard Worldwide” və “American Express” beynəlxalq kart təşkilatları, eləcə də ”Deloitte”, ”Moody’s Investors Service”, ‘ ”Yandex.Money”, “Financial Service Bureau “, “Türkiyə kapital Bazarları Assosiasiyası”, “Elektron Hökümətin İnkişafı Mərkəzi” , “RBK Money”, “SYS Centrum” LLC, “NSPK”,”CGEIT, CISA, CISM, CRISC, GTP LP “şirkətlər qrupu, “MSSP”, “DA Collection”, “Easysms”, “FİCO Tonbeller”, “MFMS”, “Figensoft” , “Bimtek” , “Alliance”, “Bankex”, “TEB – BNP Paribas” “East Nets”, “Sender” və ödəniş ekosistemində təmsil olunan digər nüfuzlu şirkətlərin nümayəndələri, eyni zamanda Sammitin Bank tərəfdaşları kimi “Bank of Baku” ASC, “Expressbank” ASC, “Muğanbank” ASC, “NikoilBank” ASC, , “Premium Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank” KB ASC, “XalqBank” ASC iştirak ediblər.

Qeyd edək ki, Sammitdə startaplara onlar üçün ayrılmış xüsusi zonada öz layihələrini təqdim etmək imkanı yaradılıb.

Tədbirin videosu ilə link vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=4edz27Cdc34

MÜDDƏT