Fintex və Startaplar üçün banklarda Açıq Qapı Günləri təşkil edilir

Əlavə edilib:

13-17 may 2019-cü il tarixlərində “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi”çərçivəsində Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə banklarda “Fintex və Startaplar üçün Açıq Qapı Günləri” elan edilir.

BBN.az verdiyi məlumata əsasən, həftə ərzində, banklarda açıq qapı günləri vasitəsi ilə fintex və startapların təqdim etdikləri layihələr ilə tanışlıq keçiirləcək, layihələrinin maliyyələşdirilməsi imkanlarına baxılaraq, onların maliyyə cəlbediciliyinin artırılması məqsədilə görməli olduqları işlər və biznes planlarında məqsədəuyğun olan dəyişikliklər barədə məsləhətlər almalarına imkan yaradılacaqdır.

Fintex və startaplar öz layihələrini aşağıdakı banklara təqdim edə bilərlər:

  •  “Accessbank” ASC;
  •  “AG Bank” ASC;
  • “Amrahbank” ASC;
  • “Azər Türk Bank” ASC
  • “Bank Melli İran Bakı filialı”;
  • “Express Bank” ASC;
  • “Xalq Bank” ASC;
  • “Kapital Bank” ASC;
  • “Nikoil Bank” ASC;
  • “Rabitəbank” ASC;
  • “Turanbank” ASC;
  • “Yapı Kredi Bank (Azərbaycan)” QSC.

Qeyd olunan banklara müraciət etmək istəyən şəxslər elektron məktubla (azizaga_h@aba.az“Fintexlər və startaplar üçün Açıq Qapı Günləri – Layihə” mövzusu ilə) və ya zəng edərək (əlaqə tel: 050-839-07-63) müraciət etmək istədikləri bankı bildirməklə, görüş yeri və saatı barədə məlumat ala biləcəklər.

MÜDDƏT