“Hüquq üzrə Ekspert Qrupu”nun 2018-ci il üzrə İş Planı təsdiq edilib

Əlavə edilib:

26 yanvar 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun iclası olub.

İclasın əsas mövzusu Ekspert Qrupunun 2018-ci il üzrə İş Planının müzakirəsi və təsdiqi olub. Belə ki, Ekspert Qrupunun 2018-ci ildə icra etməyi nəzərdə tutduğu tədbirlər sırasına Mərkəzi Bankının normativ sənədlərinin yenidən hazırlanması ilə bağlı təkliflərin hazırlanması, bank sirri ilə bağlı qanunvericilik rejimi ilə bağlı təkliflərin verilməsi, banklarda hüquqi risklərin idarə edilməsinin effektivliyinin qiymətləndirilməsi, əlaqədar dövlət orqanları ilə işgüzar və tanışlıq görüşlərinin keçirilməsi, kredit təşkilatlarının fəaliyyətləri prosesində üzləşdikləri qanunvericiliyin və onun tətbiqi təcrübəsi ilə bağlı məsələlərin müzakirəsi və s. bu kimi məsələlər daxildir.

Həmçinin, ABA-nın fəaliyyətinin hüquqi aspektlərinin KİV-də işıqlandırılması da İş Planında öz əksini tapıb.

Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT