“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub

Əlavə edilib:

17 dekabr 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş ofisində ABA-nın nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclas zamanı “Banklar haqqında Azərbaycan Respublikası Qanun”una təqdim ediləcək rəy və təkliflərin, vahid ipoteka müqavilələrinin hazırlanması, elektron hərrac və digər cari hüquqi məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT