“Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub

Əlavə edilib:

3 fevral 2020-ci il tarixində “Unibank” KB ASC-nin mərkəzi ofisində ABA-nın nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclas zamanı “Azərbaycan Respublikası Mülki Məcəllə”sinə, “Valyuta tənzimi haqqında” Qanuna və “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair əlavə və dəyişikliklər, müzakirə edilib, rəy və təkliflərin müvafiq dövlət qurumlarına göndərilməsi qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT