Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

Əlavə edilib:

09 yanvar 2019-ci il tarixində Bank Respublika-nın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının  (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

BBN.az xəbər verir ki, iclasda Qrupun sədri Qorxmaz Ağayev və Qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.

İclas “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsinə həsr olunmuşdur. Üzvlər maddələr üzrə qanunu müzakirə edərək fikir mübadiləsi aparmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT