Innovation for Azerbaijan: Yeni İT məhsulları və Fintech həlləri – növbəti Fintex Summit 2023 tədbirində təqdim olundu

Əlavə edilib:

13-14 iyun tarixlərində Marriott Baku Boulevard otelində növbəti FİNTEX SUMMİT 2023 tədbiri uğurla keçirildi. Regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biri olan Sammitin əsas mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” idi. Azərbaycan Banklar Assosiasiyası və AR Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən tədbirin Baş sponsoru Altair Technologies MMC və Azimut Təchizat MMC şirkətləri də tədbirdə yeni məhsullarının təqdimatını həyata keçirdilər.   

Tədbirdə “İnnovation for Azerbaijan” sloqanı ilə iştirak edən və tədbirin Baş sponsoru – Altair Technologies şirkəti yerli istehsal olan ödəniş terminalları, depozit qəbulu avadanlığı, Cənubi Koreyanın Kisan şirkətinin nağd vəsaitlərin çeşidlənməsi üçün avadanlıq, maliyyə və logistika şirkətləri üçün avtomatlaşdırma həlləri və proqram təminatı, Tayvanın Urovo şirkətinin mobil kompüterlərini təqdim etdi. 13 iyun tarixində şirkətin müştərilərlə məhsuldar görüşü baş tutdu və Tayvanın Urovo şirkətinin yenilikləri nümayiş olundu. 

13 iyun tarixində həmçinin digər Baş Sponsor – Azimut Təchizat MMC şirkətinin tədbirin nəzdində İT və Təchizat peşəkarları üçün Tayvanın ACER şirkətinin məhsul və həllər meetup-təqdimatı da keçirilmişdir. “The best is yet to come” sloqanı altında keçirilən 2 hissəli meetup-da 100-ə yaxın bank, pərakəndə şəbəkələri, dövlət qurumlarının nümayəndələri iştirak etmişdir. 

Azimut Təchizat MMC haqqında: 

2019-cu ildən fəaliyyətdə olan şirkət Azərbaycan korporativ bazarında bir çox məhsulların rəsmi təchizatçısı və qlobal markaların rəsmi nümayəndəsidir. 1 May 2023-cü il tarixindən etibarən Azimut Təchizat MMC Azərbaycanda Tayvanın ACER şirkətinin rəsmi partnyorudur və şirkətin İT məhsullarının korporativ satışlarını həyata keçirir. Şirkətin İT sahəsində olan çeşidi ən müasir noutbuk, kompüter, planşetlər, monoblok, monitor, İT aksessuarları, çap və təhlükəsizlik avadanlığı, serverlər, proqram təminatı və İT həllərindən ibarətdir. 

Acer şirkəti haqqında: 

Tayvanın ACER şirkəti Dünyadan Top 5 İT avadanlığı istehsalçıları sırasındadır. Azərbaycanın yerləşdiyi EMEA regionunda Top 3 olan şirkət Azərbaycanda ən böyük bazar payına sahibdir. Şirkətin çeşidinə fərdi kompüterlər, stolüstü kompüterlər, noutbuklar, monoblok, planşetlər, serverlər, yaddaş qurğuları, virtual reallıq cihazları, periferiya qurğuları, smartfonlar, oyun kompüterləri və aksessuarlar daxildir. Şirkətin məhsullarının əsas üstünlükləri münasib qiymət və şərtsiz ən yüksək keyfiyyətdir. 

Altair Technologies MMC haqqında: 

2016-cı ildən fəaliyyətdə olan və Azərbaycanda nağd pul kütləsinin emalı üçün müxtəlif avandalıqdar təklif edən Altair Technologies MMC şirkəti nağd vəsaitlər üçün emal avadanlığı bazarının 70%-ni əhatə edir. Altair Technologies MMC şirkəti şərtsiz lider integratorlardandır və ölkənin əksər böyük bankları, dövlət və kommersiya təşkilatları, reklam şirkətləri və mətbəələri ilə sıx əməkdaşlıq etməkdədir. İlk dəfə məhz bu tədbirdə MADE IN AZERBAIJAN ödəniş terminalları, UROVO markasının qırılmayan, 4G/5G, RedDot premiyalı əl kompüterləri şirkət tərəfindən təqdim olunmuşdur. Bundan başqa yeni Kisan, Argox, Zebra markalı məhsullar da stendlərdə nümayiş olundu.  

2023-cü ilin noyabr-dekabr aylarında növbəti VII-ci Beynəlxalq Bankçılıq forumunun keçirilməsi planlaşdırılır və bu tədbirdə də yeni həllərin nümayişi gözlənilir. Hər iki şirkətin məhsulları ilə tanış olmaq üçün müvafiq sayt və sosial şəbəkə linklərindən keçid edə bilərsiniz. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə ənənəvi FİNTEX SAMMİT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” keçirilmişdir. Sözügedən meetup da Sammit çərçivəsində təşkil edilən yan tədbirlərdən biri olmuşdur.

MÜDDƏT