“İnsan resurslarının idarə olunması üzrə” Ekspert Qrupunun iclası keçirilib

Əlavə edilib:

30 yanvar 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İnsan resurslarının idarə olunması” üzrə Ekspert Qrupunun iclası keçirilib.

İclasın gündəliyində duran əsas məsələ 2019-cu il üzrə İş Planının müzakirəsi və təsdiq edilməsi olub.

Ekspert Qrupunun iclası zamanı 2018-ci ilin yekun nəticələri müzakirə edilib. Daha sonra 2019-cu ilin İş Planına baxılıb və buna əsasən tədbirlər planı üzrə müzakirələr aparılıb.

İclas zamanı qərara gəlinib ki, tədbirlər planında nəzərdə tutulan mövzular üzrə İşçi Qruplar yaradılsın.

MÜDDƏT