18 aprel 2025-ci il tarixində Azərbaycancan Banklar Assosiasiyasının (ABA) nəznində fəaliyyət göstərən “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu” ilə dünyanın qabaqcıl konsaltinq şirkətlərindən biri olan “MERCER” beynəlxalq şirkətinin Türkiyə ofisinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə iki qurum arasında əməkdaşlıq imkanları, bank sektorunda insan kapitalının inkişafı və qabaqcıl HR təcrübələrinin tətbiqi məsələləri müzakirə olunub. Tərəflər bank sektorunda işçi potensialının gücləndirilməsi, rəqəmsal transformasiya dövründə HR strategiyalarının yenilənməsi və əmək bazarındakı trendlərin təhlili mövzularına xüsusi diqqət ayırıblar.
Tərəflər gələcəkdə də birgə təlimlərin təşkili, HR strategiyalarının təkmilləşdirilməsi, əməkhaqqı araşdırmaları və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı razılıq əldə etmişlər.