Bank Ombudsmanının yaradılmasının məqsədi, onun əsas vəzifələri nələrdir?-VİDEOMÜSAHİBƏ

Müsahibə Bank Ombudsmanının yaradılmasının məqsədi, onun əsas vəzifələri, müraciət edə biləcək şəxslərin əhatəsi və müraciət üsulları ilə bağlı olub. Qeyd edək ki, Bank Ombudsmanı Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. ABA-nın Rəyasət Heyətinin 14 aprel 2017-ci il tarixində keçirilən növbəti iclasında Bank Ombudsmanı vəzifəsinə İkram Heydər oğlu Kərimov seçilib. İkram Kərimov 1942-ci ildə qulluqçu ailəsində anadan olub. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb.

Müsahibənin tamamını aşağıdakı videoda izləyə bilərsiniz:

 

MÜDDƏT