“İT Risk və Kibertəhlükəsizlik” seminarı təşkil edilmişdir

Əlavə edilib:

17 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və “KPMG Azerbaijan”ın birgə təşkilatçılığı ilə “İT Risk və Kibertəhlükəsizlik” seminarı təşkil edilmişdir.

“İT Risk və Kibertəhlükəsizlik” adlı seminar “Fintex Sammit 2024” tədbiri çərçivəsində ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun üzvləri, həmçinin bankların aidiyyəti məsələlər üzrə rəhbər şəxsləri və mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

Seminarda banklarda GRC funksiyaları – İT Risk və Kibertəhlükəsizlik perspektivlərinə baxış, İT riski və kibertəhlükəsizlik fərqli aspektlər kimi və İT Risk və Kibertəhlükəsizlik yol xəritəsinin hazırlanması məsələlərinə toxunulmuşdur.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən bank əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilməkdədir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT