Kart məlumatlarının qorunması haqqında videoçıxışlar

Əlavə edilib:

Son zamanlar ödəniş kartarı ilə bağlı yenidən fırıldaqçılıq halları baş vermişdir. Fırıldaqçılıq halları ilə əlaqədar əhalinin məlumatlandırılması məqsədilə Bank Ombudsmanının məsul katibi Elçin Həsənov, Azərbaycan Respublikasının Mərkəzi Bankının Milli ödəniş sistemlərinin inkişaf şöbəsinin rəisi Ramil Mahmudov, DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev öz fikirlərini bildirmişdir.

https://fb.watch/8IWgiOZTMQ/

Sözügedən mövzu ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) birgə əməkdaşlığı çərçivəsində hazırlanmış animasiya formasında videoçarx – https://fb.watch/8IWrzkb9kZ/

…………………………………………..

Kart istifadəçiləri olan hörmətli bank müştəriləri!

Ödəniş kartınıza pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir. Heç bir halda ödəniş kartının FİN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə təqdim etməyin. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər.

Yadda saxlayın ki, bank(lar) tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşlaşdığınız zaman dərhal ödəniş kartının üzərində olan əlaqə telefonları ilə əlaqə saxlayın.

MÜDDƏT