“Kibergigiyena layihəsinin effektivliyi və layihədə iştirak imkanları” mövzusunda vebinar keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə 16 dekabr 2022-ci il tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən ölkəmizdə faəliyyət göstərən bankların sahə üzrə məsul şəxsləri üçün “Kibergigiyena layihəsinin effektivliyi və layihədə iştirak imkanları” mövzusunda vebinar keçirilib.

Qeyd edilən mövzuda çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təqdimat zamanı kibergigiyena layihəsinin cari vəziyyətindən, əldə edilən statistik göstəricilər əsasında hibrid metoda əsaslanmış sözügedən layihənin effektivliyindən danışmış, son istifadəçilərin informasiya təhlükəsizliyi biliklərinin artırılması ilə onlarda kibertəhlükələrə qarşı kompüterlərdən, internetdən və mobil telefonlardan təhlükəsiz istifadə vərdişlərini möhkəmləndirməkdə belə layihələrin zəruriliyini vurğulamışdır.

Daha sonra, Xidmətin əməkdaşı Murad Balayev vebinar iştirakçılarına Kibergigiyena platformasının interfeysi, inzibatçı paneli və funksionallığı barədə ətraflı məlumat vermişdir.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

MÜDDƏT