KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair görüş keçirilib

Əlavə edilib:

6 iyun 2023-cü il tarixində KOBİA və Azərbaycan Banklar Assosiasiyası KOB-ların maliyyəyə çıxışı, bu sahədəki çətinliklər və onların həlli yolları, alternativ maliyyələşdirməyə dair fikir mübadiləsi aparıblar.

KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və hər iki qurumun nümayəndələri iştirak ediblər.

Görüşdə Agentliyə KOB subyektlərindən maliyyəyə çıxışla bağlı daxil olan müraciətlər, bu sahədə KOB-ların qarşılaşdıqları çətinliklər barədə məlumat verilib, mövcud problemlərin həllinə, alternativ maliyyələşdirməyə dair fikir mübadiləsi aparılıb.

MÜDDƏT