Kommersiya Banklarının “Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbulu davam edir

Əlavə edilib:

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə Azərbaycanın Kommersiya Bankları tərəfindən həyata keçirilən “Özünüməşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.

İşsiz aztəminatlı şəxslər, ö cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ün vanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb edilərək onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.  Layihə üzrə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin 2020-ci il ərzində proqrama cəlb edilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:

1. Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) 16. Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 
2. PVC qapı və pəncərə hazırlanması 17. Brolyer inkubatoru  
3. Kişi bərbərxanası 18. Qadın gözəllik salonu
4. Avtoyağlama 19. Avtomobil şinlərinin təmiri
5. Komputer oyun salonu 20. Avtoyuma
6. Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) 21. Avtoçilingər  
7. Dizayner 22. Dülgər
8. Dəmirçi 23. Dönərçi
9. Avtotornaçı (tokar) 24. Yem üyütmə xidməti (mini yem dəyirmanı)
10. Parket və taxta döşəmə cilalanması 25. Yun darama
11. Avtoelektrik 26. Naxış vurma
12. Meyvə qurutma 27. Təlim-tədris
13. Fitnes (idman) 28. Musiqiçi
14. Poliqrafiya xidmətləri 29. Ayaqqabı təmiri və istehsalı
15. Foto xidməti 30. İstixana


Layihəyə cəlb edilmək üçün MAS-a və ya aşağıda qeyd olunan email ünvanlarına müraciət edilə bilər:

project.dma@sosial.gov.az   

mesgulluq@bbn.az

Email göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.

MÜDDƏT