“Komplayns Ekspert Qrupu”nun cari il üzrə ilk onlayn iclası keçirilib

Əlavə edilib:

19 mart 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun cari il üzrə ilk onlayn iclası keçirilib.

Görüş zamanı Qrupun 2020 ci il üzrə nəticələri, 2021-ci il üzrə hədəfləri, FATCA/CRS üzrə məsələlər və ÇPY/TMM Qanunvericilik üzrə məsələlər ətrafında müzakirələr aparılıb. Əlavə olaraq, görüşdə nəzarət orqanları tərəfindən irəli sürülən məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT