“Komplayns” Ekspert Qrupunun “xarici müxbir hesablar” mövzusunda onlayn iclası keçirilib

Əlavə edilib:

16 dekabr 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns” Ekspert Qrupunun “xarici müxbir hesablar” mövzusunda onlayn iclası keçirilib.

Görüşdə mövcud xarici müxbir hesabların mühafizəsi və yeni xarici müxbir hesabların açılmasına dair müzakirələr aparılıb. Fikirlər və təkliflər dəyərləndirilirək həmin iş üzrə müvafiq addımların atılmasına qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT