Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

Əlavə edilib:

02 avqust 2018-ci il tarixində “PAŞA Bank” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

BBN.az xəbər verir ki, iclasda Qrupun sədri Anar Kərimov və Qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.

İclasda banklara dair tələblər və Qrupun daxili fəaliyyətinə dair məsələlər müzakirə olunub. Bank nümayəndələri öz təcrübələrini bölüşərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Sonda banklara dair müəyyən tələblərin aydınlaşdırılması istiqamətində müvafiq qurumlara rəsmi müraciətlərin edilməsi qərara alınıb.

MÜDDƏT