“Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

2 iyul 2024-cü il tarixində Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun nun üzvləri arasında onlayn görüş keçirilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) birgə istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin tətbiqi üzrə layihə həyata keçirir.

Görüş zamanı “Kredit Həyat Sığortası” ilə bağlı təşviqat kampaniyasının aparılması ilə əlaqədar bankların sosial şəbəkə hesablarında, veb saytlarında, filial daxili reklam materiallarında və s. “Kredit Həyat Sığortası” məhsulu haqqında geniş məlumatın çatdırılması mövzusuna toxunulmuşdur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT