“Kredit işi” Ekspert Qrupunun ilk iclası keçirilib

Əlavə edilib:

4 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının bankların kreditləşmə istiqamətindəki rəhbər şəxslərinin üzv olduğu “Kredit işi” Ekspert Qrupunun ilk iclası keçirilmişdir.

İclasda Azərbaycanda kreditləşmə ilə bağlı mövcud vəziyyət və təkmilləşdirilməsi imkanları müzakirə edilmiş, nəticə etibarı ilə bu məsələlər ilə əlaqədar təkliflər paketinin hazırlanmasına qərar verilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT