“Kredit işi” Ekspert Qrupunun növbəti iclası keçirilib

Əlavə edilib:

5 sentyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının bankların kreditləşmə istiqamətindəki rəhbər şəxslərinin üzv olduğu “Kredit işi” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir. İclasda kreditləşmənin və kreditə əlçatanlığın təkmilləşdirilməsi məqsədilə banklardan toplanılan təkliflərə yenidən baxılmış və bu istiqamətdə fikir mübadiləsi aparılmışdır.

İclasın sonunda məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT