“Kredit işi Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

28 aprel 2022-ci il tarixində “Kredit işi Ekspert Qrupu” nun növbəti iclası keçirilmişdir.

İclasda ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun nümayəndələri və Azərbaycan Kredit Bürosunun (AKB) direktoru Elçin Həbibov da iştirak etmişdir.

İclasda Azərbaycan Kredit Bürosu, Aqrar Kredit və İnkişaf Agentliyi və İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT