Mərkəzi Bank və bankların Xəzinədarlıq departamentinin rəhbər nümayəndələri arasında görüş keçirilib

18 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq rəhbər nümayəndələri ilə bankların xəzinədarlıq fəaliyyəti ilə məşğul olan struktur bölmələrinin rəhbərləri arasında onlayn görüş keçirilmişdir.

Görüş zamanı banklararası valyuta əməliyyatlarının Blumberqin BMatch platformasına keçidi prosesinin yekunlaşması ilə əlaqədar məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

MÜDDƏT