Mərkəzi Bank ilə banklar arasında görüş keçirilib

Əlavə edilib:

07 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə bankların Müştəri  xidmətlərinə  məsul  olan  department rəhbərləri və  əsas bölmə  rəhbərləri  ilə görüş keçirilib.

Görüşün əsas müzakirə mövzusu Mərkəzi Bank tərəfindən 1 fevral 2019-ci il tarixindən başlayaraq geniş əhali  təbəqəsini  əhatə  edəcək  üç  aylıq  “Kartla  ödə,  kartla  qazan”  stimullaşdırıcı lotoreyası olub.

Belə ki, lotoreya ilə bağlı banklara ünvanlanan bütün sualların daha dolğun cavablandırılması və müştərilərə məlumatların daha lakonik, daha düzgün şəkildə verilməsi üçün müştəri xidmətlərini maraqlandıran bütün suallara AMB-nin əməkdaşları tərəfindən aydınlıq gətirilib. Həmçinin AMB əməkdaşları bank nümayəndələrinə lotoreya ilə bağlı  ətraflı məlumat da veriblər.

Qeyd edək ki, üç  tiraj  formatında  keçiriləcək  stimullaşdırıcı  lotoreya dövründə  Azərbaycan  Respublikasının  ərazisində  emissiya  edilmiş  bütün  növ  ödəniş kartları  ilə  ölkədə  fəaliyyət  göstərən  təsərrüfat  subyektlərində  quraşdırılmış  POSterminallarda  mimimum  5  (beş)  manat  məbləğində  nağdsız  əməliyyat  aparan  kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ  əldə  edəcəklər.  Lotoreyanın uduş  məbləği  50  (əlli)  manat  məbləğində  olmaqla  “cashback”  şəklində  kart  sahibinin ödəniş kartında mədaxil ediləcəkdir.

Ümumilikdə, 1800 nəfərlik uduş fondu olan lotoreya ilə paralel Mərkəzi Bank tərəfindən KİV-lər daxil olmaqla ölkədə  bütün mümkün kommunikasiya vasitələri cəlb edilməklə rəqəmsal ödənişlərlə  bağlı təbliğat və  təşviqat kampaniyası keçirilməkdədir. Bu tədbirlər əhalidə  rəqəmsal  ödənişlərin  aparılmasına  iqtisadi  maraq  yaratmaqla  nağdsız  ödəniş vərdişlərinin formalaşdırılmasına təkan verəcəkdir.

Bu  istiqamətdə  bir  neçə  dəfə  bankların  müvafiq  sahələrinin  məsul  şəxsləri  arasında müxtəlif  görüşlər  keçirilmişdir.

Xatırladaq ki, bu kampaniya respublikada rəqəmsal ödənişlərin təşviqinə yönəldilmiş ilk vahid kampaniyadır.

MÜDDƏT