Mərkəzi Bank və ABA-nın dəstəyi ilə “BS/2” şirkəti tərəfindən “Nağd pul dövriyyəsinin təşkili-2023” adlı seminar keçirilib

Əlavə edilib:

20 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) informasiya və təşkilati dəstəyi ilə Litvanın “BS/2” şirkəti tərəfindən “Nağd pul dövriyyəsinin təşkili-2023” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarının nümayəndələri iştirak etmişdir.

“BS/2” şirkəti regionda nağd pulun idarəedilməsinə müasir yanaşmalardan danışıb və həyata keçirilmiş layihələrin real nümunələrini nümayiş etdirmişdir. İştirakçılar nağd pul dövriyyəsi, əməliyyat biznesi, xəzinədarlıq və inkassasiya sahələrində effektiv alətləri haqqında məlumat əldə etmişdir. Tədbir çərçivəsində Mərkəzi Bankın, “Kapital Bank” ASC-nin, Latviyanın EUROCASH1 mühafizə və inkassasiya şirkətinin nümayəndələrinin çıxışları baş tutmuş, müxtəlif fikir mübadilələri həyata keçirilmişdir.

Bildirək ki, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT