Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının (Şura) növbəti geniş iclası keçirilib. İclas maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində birgə müzakirəsi məqsədilə təşkil olunub.
Tədbirdə Şuranın üzvləri, bank və maliyyə institutlarının rəhbər şəxsləri, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, həmçinin müxtəlif sahələri təmsil edən sahibkarlar iştirak ediblər.
İclas zamanı real sektorun maliyyələşdirilməsi, kredit resurslarına çıxışın daha da asanlaşdırılması, kiçik və orta biznesin (KOB) dəstəklənməsi mexanizmləri, eləcə də innovativ maliyyə alətlərinin tətbiqi məsələləri geniş müzakirə olunub.



