Mərkəzi Bankda Türkdilli Dövlətlərin Banklar Assosiasiyalarının rəhbər şəxsləri ilə görüş keçirilmişdir

Əlavə edilib:

Mərkəzi Bankın sədri Taleh Kazımov iyunun 13-də Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fintex Sammitində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkdilli Dövlətlərin Banklar Assosiasiyalarının rəhbər şəxsləri ilə görüş keçirmişdir.

Görüş zamanı müasir bank və maliyyə ekosisteminin inkişafı, innovativ həllər, rəqəmsal maliyyə texnologiyaları və təhlükəsizlik istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində fikir mübadiləsi aparılmışdır.

Görüşdə həmçinin Türkdilli dövlətlərin maliyyə-bank sektorları arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.

MÜDDƏT