Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Əlavə edilib:

Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb. Sədr müavini görüşdə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və banklar tərəfindən əhaliyə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə banklar tərəfindən sözügedən sahədə görülən işlər, həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

MÜDDƏT