“Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

Əlavə edilib:

31 oktyabr 2025-ci il tarixində, Azərbaycan Banklar Assosiasiyası (ABA)-nın nəzdində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun onlayn formatda görüşü təşkil olunub.

Görüş zamanı banklarda maliyyə mühasibatlıq sahəsində görülməli olan işlər və digər cari məsələlər müzakirə olunub .

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT