Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilib

Əlavə edilib:

14 iyun 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun növbəti onlayn iclası keçirilib.

İclas zamanı maliyyə əlçatanlığının təmin olunması istiqamətində həyata keçirilmiş təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.

Həmçinin biznes kreditləşməsinin artırılması məqsədilə müvafiq ekosistemin gücləndirilməsi və biznesin şəffaflaşması tədbirlərinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İclasda Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və özəl sektordan bankların nümayəndələri iştirak ediblər.

MÜDDƏT