“Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

Əlavə edilib:

4 dekabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA)-nın nəzdində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun onlayn formatda iclası keçirilib.

Görüş zamanı maliyyə və mühasibatlıq sahəsində bankların qarşısında duran cari məsələlərin müzakirəsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT