“Marketinq Forumu” keçiriləcək

Əlavə edilib:

02 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun iclası keçirilib.

İclasın gündəliyindəki əsas məsələlər “Marketinq forumu”nun təşkili və ABA təşkilatçılığı ilə sosial layihələrin həyata keçirilməsi olub.

İclas iştirakçıları “Marketinq forumu”nun keçiriləcəyi vaxt, forumun mövzuları,  spiker seçimi və forumun əsas məqsədi  ətrafında müzakirələr aparıblar. Qərara alınıb ki, vaxtın müəyyənləşdirilməsi, spiker təkliflərinin alınması üçün İşçi Qrupu yaradılsın.

Növbəti mövzu sosial layihələrin həyata keçirilməsi olub. İclasda sosial layihələrin hansı sahəyə yönləndirilməsi əsas müzakirə mövzusu olub. Qərara alınıb ki, sosial layihə təhsilə yönləndirilsin. Banklar sosial layihənin daha da təkminləşdirilməsi üçün təkliflərini ABA-ya bildirməlidirlər.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT