“Marketinq və PR üzrə” Ekspert Qrupunun görüşü keçirilib

Əlavə edilib:

6 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun işgüzar səhər yeməyi formatında görüşü baş tutub.

Görüşün gündəliyində duran əsas məsələ 2019-cu il üzrə İş Planının müzakirəsi və təsdiq edilməsi olub.

Ekspert Qrupunun iclası zamanı 2018-ci ilin yekun nəticələri müzakirə edilib. Daha sonra 2019-cu ilin İş Planına baxılıb və buna əsasən tədbirlər planı üzrə müzakirələr aparılıb.

İclas zamanı qərara gəlinib ki, tədbirlər planında nəzərdə tutulan mövzular üzrə İşçi Qruplar yaradılsın.

 

MÜDDƏT