“Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

22 noyabr 2019-cu il tarixində “Bank Respublika” ASC-nin Baş Ofisində “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclas zamanı Ekspert Qrupu tərəfindən hazırlanması planlaşdırılan “Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması” haqqında video barəsində müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT