“Mavi üfüqlər: Azərbaycanda mavi maliyyə alətlərinin tətbiqi imkanları” adlı seminar keçirilib – Foto

Əlavə edilib:

28 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Avropa Dayanıqlı Maliyyə Layihəsinin dəstəyi ilə “Mavi üfüqlər: Azərbaycanda mavi maliyyə alətlərinin tətbiqi imkanları” adlı seminar keçirilib.

Azərbaycan maliyyə sektoru üçün təşkil edilən seminarda Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz, Avropa üzrə regional meneceri İvana Fernandes Duarte, ABA-nın icraçı direktoru Yunus Abdulov və Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) Baş iqtisadçısı Səmra Talışinskaya və digər xarici və yerli mütəxəssislər iştirak edib.

Əlavə edək ki, ABA bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim artırılması məqsədilə yerli və xarici təşkilatlarla birgə müxtəlif mövzularda seminarlar, vebinarlar və digər tədbirlər təşkil edir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT