Xəbərlər

Müddət

ABA və ART-Fintech şirkətinin birgə təşkilatçılığı ilə bir sıra texnoloji vebinarlar keçirilib

26 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və ART-Fintech şirkətinin birgə təşkilatçılığı ilə İT sahəsində ən son tendensiyalara həsr olunmuş bir sıra texnoloji vebinarlar keçirilib. Vebinarlarda ilk olaraq, Mikroservis Avtomatlaşdırılmış Bankçılıq Sisteminin işləmə prinsipi və avtomatik kod yaratmaq üçün unikal texnologiya nümayiş olunub. Qeyd edək ki, vebinarlarda innovasiyaların və İT inkişaf strategiyalarının icmalı, […]

ABA-nın eksperti ATV-də yayımlanan “İqtisadi Zona” verilişinə müsahibə verib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev ATV kanalının “İqtisadi Zona” verilişinə müsahibə verib. “Ekspert Qrupu”nun sədri “Bağlanan bankdakı lombard girovları necə olacaq” sualı ətrafında gedən müzakirədə öz fikirlərini səsləndirib. Həmin müsahibəyə aşağıdakı videodan baxa bilərsiniz.

ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

27 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun üzvləri ilə Azərbaycan Mərkəzi Bankının (AMB) aidiyyatı nümayəndələri arasında “Zoom” proqramı üzərindən növbəti onlayn iclas keçirilib. Görüş zamanı bank-maliyyə xidmətləri istehlakçılarından daxil olan şikayətlərin baxılması, statistikası, təhlili və digər cari məsələlər müzakirə edilib. Əlavə edək […]

AzFina-nın təşkilatçılığı, AMB və ABA-nın tərəfdaşlığı ilə “Bakı Fintex Forumu 2023” tədbiri keçirilmişdir

26 oktyabr 2023-cü il tarixində Baku Marriott Boulevard otelində Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) tərəfdaşlığı ilə “Bakı Fintex Forumu 2023” tədbiri keçirilmişdir. Forumda sektorun aparıcı ekspertləri fintex sektorunun cari vəziyyəti və inkişaf trendləri, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun fintexlər üçün açdığı imkanlar, innovativ ödəniş […]

Bakıda VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) keçiriləcək

VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2023) 01-02 noyabr 2023-ci il tarixində, Bakı şəhərində, Mastercard-la əməkdaşlıq çərçivəsində keçiriləcək. Forumun mövzusu: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir. IBF 2023 saytı: https://www.gbmevents.az/en/event/the-seventh-international-banking-forum IBF 2022, 2021 və 2019 tədbirini xatırlayaq: https://www.youtube.com/watch?v=hPicrNdSEsU&t=43s https://www.youtube.com/watch?v=bY2sEjA_tq0&t=40s https://www.youtube.com/watch?v=BpK-TeF22-8&t=683s […]

MÜDDƏT