Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 26-27 noyabr 2025-ci il tarixlərində ABA-nın “Maliyyə və mühasibatlıq Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Maliyyə planlaşdırılması və büdcələşdirmə: Sıfır əsaslı büdcələşdirmə, strateji maliyyə […]
28 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Cənubi Koreyada səfərdə olduqları müddətdə Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənov ilə görüş keçirib. Görüş zamanı nümayəndə heyəti 26–28 noyabr tarixlərində Koreyada keçirilmiş rəsmi səfərin məqsədi, təşkil olunan görüşlər və aparılan danışıqlar barədə ətraflı məlumat təqdim edib. Tədbirdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktor […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Koreyaya rəsmi səfəri çərçivəsində son görüşünü ölkənin aparıcı rəqəmsal banklarından biri olan Toss Bank ilə keçirib. Toss Bank Cənubi Koreyanın tam rəqəmsal bankı olub, innovativ mobil bankçılıq və müştəri yönümlü maliyyə məhsulları ilə seçilir. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, eləcə də Azərbaycan Mərkəzi Bankını və […]
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Koreyaya səfər çərçivəsində ölkənin ən nüfuzlu maliyyə texnologiyaları platformalarından biri olan Korea Fintech Week 2025 tədbirində iştirak edib. Səfərin bu hissəsi Assosiasiyaya rəqəmsal maliyyə ekosistemi, innovativ ödəniş həlləri, süni intellekt əsaslı bank xidmətləri və qlobal fintech trendləri ilə yaxından tanış olmaq imkanı verib. Tədbirdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı […]
26 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində növbəti – üçüncü görüşü Koreya Kredit Bürosu (KCIS) ilə keçirilib. Görüş zamanı Koreya Kredit Bürosunun prezidenti Yousam Choi ölkədə kredit məlumatlarının idarə edilməsi, məlumat mübadiləsi ekosistemi, risklərin qiymətləndirilməsi mexanizmləri və kredit bürosu xidmətlərinin inkişaf istiqamətləri üzrə geniş təqdimatla çıxış edib. KCIS nümayəndələri həmçinin […]