Xəbərlər

Müddət

ABA nümayəndə heyəti Koreya Mərkəzi Bankı ilə görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində Koreya Mərkəzi Bankı (Bank of Korea) ilə görüş keçirilib. Görüş zamanı Koreya Mərkəzi Bankının Ödəniş və Hesablaşma Sistemləri Departamentinin Beynəlxalq Ödəniş Əməkdaşlığı Şöbəsinin rəhbəri Donghwee Kwon ölkənin monetar siyasəti, rəqəmsal ödəniş infrastrukturu, Mərkəzi Bank Rəqəmsal Valyutası (CBDC) ilə bağlı aparılan işlər və bank sektorunda tətbiq edilən […]

ABA və Koreya Banklar Federasiyası arasında Memorandum imzalandı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti 26–28 noyabr 2025-ci il tarixlərində Koreyada səfərdədir. Səfər çərçivəsində Koreyanın aparıcı maliyyə qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfərin ilk günü ABA və Koreya Banklar Federasiyası (Korea Federation of Banks – KFB) arasında ABA prezidenti Zakir Nuriyev və KFB sədri Cho Yong-byoung tərəfindən bank sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma […]

Bankçılığın Gələcəyi Bakıda Yazıldı: IBF 2025 Uğurla Başa Çatdı

19–20 noyabr 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, həmçinin “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” IX Beynəlxalq Bankçılıq Forumu uğurla yekunlaşıb. İki gün davam edən Forum maraqlı tərəflərin görüş nöqtəsinə çevrilərək yeni ideyaların, qabaqcıl təcrübələrin […]

Naxçıvanda Regional Bank Forumu keçirilib

Naxçıvan, 7 noyabr 2025-ci il. Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə və “Zəfərin 5 illik yubileyi”nə həsr olunmuş Regional Bank Forumu keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi […]

Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu növbəti onlayn görüşünü keçirib

7 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib. Görüş zamanı Aktiv Əsaslı Maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik layihəsi ilə bağlı üzv banklardan daxil olmuş rəy və təkliflər müzakirə olunub. Ekspertlər arasında fikir mübadiləsi aparılıb və təkliflərin ümumiləşdirilməsi istiqamətində qərarlar qəbul edilib.

MÜDDƏT