Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyanın Frankfurt şəhərində yerləşən The Bank of New York Mellon (BNY Mellon) bankında Almaniya səfəri çərçivəsində növbəti görüşünü keçirib. Görüş zamanı BNY Mellon-un Almaniyadakı fəaliyyəti, qlobal maliyyə bazarlarındakı mövqeyi və bankın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq istiqamətləri barədə məlumat təqdim olunub. Tədbir çərçivəsində süni intellekt texnologiyalarının bank sektorunda tətbiqi, rəqəmsal ödəniş […]
6 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyanın Frankfurt şəhərində yerləşən Deutsche Bundesbank-da görüş keçirib. Görüş Almaniya səfəri çərçivəsində təşkil olunan rəsmi proqramın üçüncü hissəsini təşkil edib. Tədbir zamanı Almaniyanın bank sistemində tənzimləyici orqanların fəaliyyəti, maliyyə sabitliyinin qorunması və risklərin idarə edilməsi mexanizmləri barədə təqdimat dinlənilib. Görüş çərçivəsində iki ölkənin bank […]
“Maliyyə Savadlılığı Viktorinası” 13–15 yaş arası məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirilən bilik yarışıdır. Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi, eləcə də ölkədə fəaliyyət göstərən bankların tərəfdaşlığı ilə təşkil olunur. Viktorinanın qalibləri müxtəlif dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar. […]
4 noyabr 2025-ci il, Naxçıvan. — 8 Noyabr Zəfər Gününün 5-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Pircuvar Dövlət Meşəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 3,5 hektar ərazidə 2 200 ədəd ağac əkilib. Artıq […]
4 noyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyaya işgüzar səfəri çərçivəsində ikinci görüşünü Almaniya Banklar Assosiasiyasında (Bundesverband deutscher Banken – BdB) keçirib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti cənab Zakir Nuriyev və icraçı direktor cənab Yunus Abdulov, eləcə də BdB-nin İcraçı direktoru cənab Heiner Herkenhoff, İcraedici Şuranın üzvü Kolja Gabriel və digər […]