4 noyabr 2025-ci il Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyaya işgüzar səfəri çərçivəsində ilk görüşünü Almaniya Əmanət Bankları və Giro Assosiasiyası (Deutscher Sparkassen- und Giroverband – DSGV) ilə keçirib. Görüş zamanı tərəflər bank sektorunda etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq prinsipləri, həmçinin ödəniş sistemləri və fırıldaqçılığın qarşısının alınması istiqamətində tətbiq olunan qabaqcıl təcrübələr barədə fikir mübadiləsi […]
31 oktyabr 2025-ci il tarixində, Azərbaycan Banklar Assosiasiyası (ABA)-nın nəzdində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun onlayn formatda görüşü təşkil olunub. Görüş zamanı banklarda maliyyə mühasibatlıq sahəsində görülməli olan işlər və digər cari məsələlər müzakirə olunub . Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas […]
Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquqi məsələlər üzrə ekspert qrupunun sədri Qorxmaz Ağayev iştirak edib. Tədbirin məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin fəaliyyətinə […]
Dünya Bankının təşkilatçılığı ilə keçirilən “Azərbaycan üzrə Dövri İqtisadi Hesabat”ın təqdimat mərasimi çərçivəsində “Azərbaycanda özəl investisiyaların canlandırılması: Nə edilməlidir?” mövzusunda panel müzakirəsi baş tutub. Panelə Dünya Bankının baş iqtisadçısı Migel Sançes moderatorluq edib. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxışında bildirib ki, Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində ardıcıl […]
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Polşa Banklar Assosiasiyasının dəstəyi ilə 23-24 oktyabr 2025-ci il tarixlərində ABA-nın “Pərakəndə bankçılıq üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Polşa Respublikasının Varşava şəhərinə səfəri başa çatmışdır. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. – […]