Xəbərlər

Müddət

“Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti görüşü baş tutub

1 oktyabr 2019-cu il tarixində, Maliyyə Bazarlarına Nəzarət Palatasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilib. Keçirilmiş görüşdə video görüntü əsasında bank hesabının açılması üzrə ümumi prinsiplərin müəyyən edilməsi, video görüntünün təşkili, video görüntünün təşkili haqqında məlumatların açıqlanması, video görüntü zamanı müştərinin eyniləşdirilməsində uğursuzluq, bankın informasiya və telekommunikasiya texnologiyaları üzrə […]

“Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

30 sentyabr 2019-cu il Unibank ASC-nin baş ofisində “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydalarının yeni layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının […]

Azərbaycan Kredit Bürosunun rəhbərliyi və “Kredit işi” Ekspert Qrupu arasında görüş keçirilib

26 sentyabr 2019-cu il tarixində “AccessBank” QSC-nin baş ofisində  Azərbaycan Kredit Bürosunun (AKB) rəhbərliyi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit işi” Ekspert Qrupu arasında görüş keçirilib. Görüşdə Ekspert Qrupu tərəfindən kreditləşmə ilə bağlı AKB-yə  təqdim edilmiş təkliflərə baxılıb və bu istiqamətdə  müzakirələr aparılıb. Sonda təkliflərlə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb. Qeyd edək ki, ABA […]

Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası “Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqə elan edir

Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda “Ən yaxşı məqalə” və “Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir. Müsabiqənin keçirilməsində məqsəd – əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir. Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir: Nağdsız cəmiyyətin […]

“Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

20 sentyabr 2019-cu il tarixində “Bank Respublika” ASC-nin Baş Ofisində “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı Ekspert Qrupu tərəfindən hazırlanması planlaşdırılan “Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması” haqqında video barəsində müzakirələr aparılıb. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını […]

MÜDDƏT